Rövnəq Abdullayev: Bu, bizdə xəstəlik halını alıb - MÜSAHİBƏ
01.05.2013 - 11:46
AFFA prezidenti Rövnəq Abdullayev bu gün Nizami rayonunda təşkil olunan “Futbol “Bakcell ilə” layihəsinin açılış mərasimində iştirak edib. Apasport.az saytının məlumatına görə, “Bakcell” ilə AFFA arasındakı əməkdaşlıq çərçivəsində baş tutan layihə zamanı qeyd olunan ərazidə rəmzi lent kəsilib və bundan sonra uşaqlar məşq etməyə başlayıb. Daha sonra Abdullayev brifinq keçirib. Assosiasiya rəhbəri apasport.az saytının suallarını da cavablandırıb.
- Artıq 125 belə meydança istifadəyə verilib. Bu da uşaq futbolunun inkişafına böyük təsir edir. Artıq “Bakcell” ilə birgə məhəllə futbolunun inkişafı və məhəllə futbolunun keçirilməsi ilə bağlı yeni layihəyə start vermişik. Meydançaları tikir, istifadəyə veririk, yarışları isə “Bakcell” ilə birgə keçirəcəyik. Gözəl başlanğıc olacaq. Düzdür, məhəllə futbolu ilə bağlı işlər bir neçə ildir ki, davam etdirilir. Lakin aktiv şəkildə indi başlayacağıq. Bütün məhəllələrdə uşaqların futbola cəlb edilməsi istiqamətində işlər görüləcək. Artıq məktəblər arasında yarışlar keçirilir. Məhəllələr arasında da buna start verildikdən sonra 10-14 yaş arasındakı uşaqlar futbola cəlb ediləcək. Bu gün açılışını etdiyimiz stadiona məşqçi təyin ediləcək və o, səhər saat 9-dan axşam 6-ya qədər məşqlər keçəcək. Bu məhəllənin yaxınlığında yaşayan uşaqlar məşq prosesində iştirak edə biləcək. Hazırlıq qruplarına uşaqlar 6 yaşında cəlb ediləcək. Axşam saat 6-dan sonra isə məhəllənin sakinləri bu meydançanın xidmətindən istifadə edə biləcək. Bələdiyyə ilə söhbətimiz olub, burda böyüklər arasında da yarışlar təşkil ediləcək. Bir sözlə, meydança bu regiona xidmət edəcək.
- Topaz Premyer Liqası sona yaxınlaşdığından mübarizə də gərginləşib. Çempionluğa real namizəd kimi iki komandanın adı çəkilir. Ümumiyyətlə, yarışla bağlı fikirlərinizi bilmək maraqlı olardı.
- Necə olacağını çempionatın sonu göstərəcək. İndidən iki komandanın şansının qaldığını demək tezdir. Növbəti mövsümdən Premyer Liqa 10 komanda ilə keçiriləcək. Artıq “altılıq” söhbəti yığışdırılacaq və mübarizənin daha gərgin olacağını düşünürəm. “Altılıq” sisteminin mübət cəhətləri çox olsa da, mənfi məqamlar da var idi. Xüsusilə də qış fasiləsindən sonra daha yaxşı oyun nümayiş etdirən komandalar bəzən ilk “altılıq”dan kənarda qaldıqlarından həvəsdən düşür. Məsələn, “Xəzər Lənkəran”, AZAL kimi komandaların çıxışında bunu gördük. 10 komanda və 4 dövrəli sistemdə isə iştirakçılar sona qədər mübarizə aparacaq. Ən əsası azarkeşləri stadiona gətirməyə çalışmalıyıq. Əvvəllər deyirdik ki, stadionlarımız yoxdur. İndi yaxşı stadionlarımız var, amma azarkeş marağı kifayət qədər deyil. Bu məsələdə medianın da payı var. Gərək intriqanı qızışdırasız ki, azarkeşlərdə də maraq artsın. “Neftçi” artıq rəqiblərini “Bakcell Arena”da qəbul edir. Stadionun ətrafında yerləşən binalarda 12 mindən artıq insan yaşayır. Lakin oyun zamanı həmin stadion dolmur. Hazırda 65 min nəfər tutumu olan stadionun tikintisi gedir. Ölkə başçısı həmin arenanın 2015-ci ilə qədər tikib təhvil verilməsini istəyir. Bu gün 12 min tutumu olan stadionu doldura bilmirik. Deməli, sizli-bizli hamımız günahkarıq. Stadiona azarkeş gəlməsə, futbolun inkişafından danışmaq çətin olacaq.
- “Kəpəz” və “Turan” lisenziya şərtlərini yerinə yetirə bilmədiyindən növbəti mövsümdə Premyer Liqada iştirak edə bilməyəcək. Bununla da Qərb bölgəsi ölkə çempionatının güclülər dəstəsində təmsil olunmayacaq. Bunu necə qarşılayırsız?
- FİFA və UEFA lisenziyalaşdırma məsələsini ciddiləşdirib. Yəni federasiyaya qarşı ciddi cəza da verilə bilər. Bunu nəzərə alaraq, klubların qarşısına lisenziya işinə ciddi yanaşmaq tələbi qoymuşuq. Yəni hər bir klub sənədlərini vaxtında qaydasına salmalıdır.
- Bəzi klublar oyunlara əcnəbi hakimlərin dəvət edilməsi məsələsini təklif edib. Bu fikirlə razısızmı?
- Bunun tərəfdarı deyilik. Avropada keçirilən oyunlara diqqət yetirdikdə, orda da hakim səhvlərinin kifayət qədər olduğunu görürük. Hakimlərin işinə ciddi nəzarət edirik. Onların vaxtı-vaxtında təlim-məşq toplanışı keçirməsinə şərait yaradırıq. Hakimlərimiz ildə ən azı 2 dəfə toplanış keçir, əcnəbi klubların toplanış zamanı keçirdiyi oyunları idarə edir.
Gələcəkdə FİFA referilərimizin sayını da artırmaq istəyirik. Çempionatı keçirən təşkilat kimi ədalətli hakimlik bizim borcumuzdur. Buna nail olmaq üçün maksimum çalışırıq. Hazırda hansısa qərəzdən söhbət gedə bilməz. Oyunları PFL-in kameraları da çəkir. Bütün oyunlar yenidən izlənilr. Sadəcə, insan qərəzindən söhbət gedə bilməz.
- Legioner limitinin dəyişdirilməsi ilə bağlı hansısa qərar gözlənilirmi?
- Heç bir dəyişiklik gözlənilmir. Limiti dəyişərək meydana hər komandanın heyətində minimum bir 21 yaşadək futbolçunun çıxması tələbini qoymuşuq. Bunu etməklə gənc futbolçuların Premyer Liqada özlərinə yer tapmalarına şərait yaratdıq. Onu da qeyd edim ki, limiti dəyişən zaman klublar müəyyən problemlərlə qarşılaşır. Hələ ki, yüksək səviyyəli futbolçularımızın sayı kifayət qədər deyil. Bu nöqteyi-nəzərdən klubları da düşünməyə çalışırıq. Bu gün klubların qarşısına əvəzedici, eləcə də aşağıyaşlı futbolçulardan ibarət komandalar yaratmaq tapşırığı qoyulub. Onlara bu inkişafı davam etdirmək üçün kömək etməliyik.
- Bəs klublarla hansısa tövsiyə xarakterli görüşünüz gözlənilirmi ki, hakim səhvləri baş verən zaman onlar bunu qlobal problemə çevirməsin?
- Bu, bizdə xəstəlik halnı alıb. Uduzan komandanın baş məşqçisi dərhal hakim idarəçiliyindən narazılıq edir. Ancaq komandanın oyunu qalıb kənarda. Mən də klub rəhbəri olmuşam, bu prosesləri bilirəm. Müəyyən klublara demişəm ki, bu məsələni etiraz əlaməti olaraq qaldıranlar ciddi cəzalandırılacaq. PFL yarışların təşkilini üzərinə götürüb. Hər şeyə ciddi yanaşılır. Səhvə yol verən hakimlər onsuz da cəzalandırılır. Harda görmüsüz ki, hakimi xalq məhkəməsinə çıxarsınlar? İntizam Komitəsi araşdırır, lazım gəldikdə cəza verilir. Sadəcə bunu açıqlamırıq. Yenə deyirəm, oyunların ədalətli şəkildə təşkil edilməsi bizim borcumuzdur.
- Madrid “Atletiko”su ilə əvvəlcə yığmanın oynayacağı gözlənilirdi. Lakin bu baş tutmadı...
- “Atletiko” “Bakı” klubunun layihəsidir. Buna AFFA-nın və SOCAR-ın heç bir aidiyyatı yoxdur. Bu, klubun həyata keçirdiyi tədbirdir.
- Sumqayıt Futbol Mərkəzinin I mərhələsinin tikinti işləri yekunlaşmaq üzrədir. Növbəti mərhələyə dərhal start veriləcəkmi? Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı hansı işlər görüləcək?
- Gəncə stadionu ilə bağlı layihə hazırlanır. AFFA tərəfindən Gəncə və Tovuz stadionlarının örtüyünün dəyişdirilməsi həyata keçirilir. Sumqayıtda isə 2 böyük meydança, eləcə də 2 min nəfər tutumu olan tribunalar hazırdır. Böyük stadionun tikintisi ilə bağlı layihəyə hazırlanır və baxılır. Bundan sonra stadionun tikintisinə başlanacaq.
- Dünya və Azərbaycan veteranları arasında yoldaşlıq oyunu keçiriləcək. Bu matçda nəyə ümid edirsiz?
- Əsas olan oyunun maraqlı keçməsi və azarkeşlərin stadiona gəlməsidir. Bu gün “Bakcell” “Mançester Yunayted”in sabiq futbolçusu Duayt Yorku Bakıya gətirib. Uşaqlar onu dərhal tanıdı. Bu cür tədbirlərin həyata keçirilməsində məqsədimiz də uşaqların futbola marağını, həvəsini artırmaqdır.

0
0