“Xəzər Lənkəran”ın müdafiəsində 3 itki - FOTOLAR
01.05.2013 - 12:10
“Xəzər Lənkəran”ın müdafiəsində 3 itki - FOTOLAR
Topaz Premyer Liqasının XXVIII turunda AZAL-la keçirilən matçdan sonra bir günlük istirahətə buraxılan “Xəzər Lənkəran” dünəndən etibarən məşqlərini bərpa edib. Apasport.az saytının məlumatına görə, dünən axşam saatlarında bərpa məşqini keçirən cənub komandası bu gün səhər əsas meydanda günün ilk məşqini keçirib.

Bir saat davam edən məşqdə lənkəranlı futbolçular məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetirib. Axşam daha bir məşq prosesi keçəcək “Xəzər Lənkəran” sabah oyun öncəsi son hazırlığına çıxacaq.

Qeyd edək ki, XXIX tur çərçivəsində “ağ-yaşıllar”ın rəqibi “Kəpəz”dir. Hazırda “Xəzər Lənkəran”ın heyətində rumıniyalı Adrian Skarlatake və braziliyalı Vanderson Skardovelli zədədən əziyyət çəkir. Digər müdafiəçi Elnur Allahverdiyev isə son turda qırmızı vərəqə aldığından komandasına kömək edə bilməyəcək.

Mənbə: lankaranfc.com