Duayt York Bakı səfərindən danışdı
01.05.2013 - 13:30
Duayt York Bakı səfərindən danışdı
“Bakıya ötən gecə çatmışam. Paytaxtı gəzməyə hələ vaxtım olmayıb. Bu, Bakıda olduğum ilk tədbirdir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Mançester Yunayted”in sabiq futbolçusu Duayt York deyib.

Mançester təmsilçisinin heyətində Çempionlar Liqasının qalibi olan hücumçu bu gün “Futbol “Bakcell” ilə” layihəsində iştirak edib. Belə ki, topa ilk toxunuşu edən Trinidad və Tobaqo yığmasının keçmiş futbolçusu ölkəmizə ilk dəfə səfər edib: “Paytaxtınızda indiyə kimi hamı məni xoş qarşılayıb. Hesab edirəm ki, bu cür layihənin həyata keçirilməyi, meydançanın açılması yerli əhali yüksək qiymətləndirir və bundan çox razıdır. Çox şadam ki, “Mançester Yunayted” klubu da bu layihəyə qatılıb və bizim də burda töhfəmiz var. Burada Mançester klubunu təmsil etdiyimə görə çox sevinirəm”.

York saat 20:00-da “Bayıl Arena”da azərbaycanlı veteranlarla oyuna böyük önəm verir: “Mən bu oyuna dəvət almağıma görə çox şadam. Seçilmiş oyunçularla bir sırada olmağım sevindiricidir. Azərbaycanda futbol hazırkı dövrdə bir yüksəliş dövrü keçirdiyi vaxtda burada olmaqdan çox məmnunluq duyuram”.
0