Şota Arveladze Bakıya niyə gələ bilmədi?
01.05.2013 - 15:33
Gürcüstanın məşhur futbolçularından olan Şota Arveladzenin Azərbaycana səfəri baş tutmayıb. Apasport.az saytının məlumatına görə, keçmiş hücumçu Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Azərbaycan və beynəlxalq veteranlar yığması ilə bu gün saat 20:00-da “Bayıl Arena”da keçiriləcək yoldaşlıq görüşündə oynamağa dəvət olunmuşdu.
Ancaq Türkiyə Superliqasında “Kasımpaşa”nın baş məşqçisi olan 40 yaşlı çalışdırıcı son anda komandasının işləri ilə əlaqədar gələ bilməyib. Əvəzində onun böyük qardaşı, Gürcüstan Futbol Federasiyasının baş katibi olan Revaz Arveladze Bakıda meydana çıxacaq heyətdə yer alıb. Şotanın əkiz qardaşı Arçil isə əvvəldən dəvəti qəbul edərək, bizə qarşı oynayacaq.
“İstanbul Böyükşəhir Bələdiyyəspor”un baş məşqçisi olan Bülənt Korkmaz da matça dəvət olunsa da, Şota Arveladze kimi komandasına görə gələ bilməyib.
Qeyd edək ki, beynəlxalq yığmanın rəmzi olaraq baş məşqçisi Berti Foqts olacaq. Millimizin 67 yaşlı almaniyalı çalışdırıcısı də meydanda olacağından, oynayan məşqçi sayılacaq.

0
0