Kamran Ağayev: Yaşlı legionerləri sırımağa çalışırlar - MÜSAHİBƏ
01.05.2013 - 18:00
Milli komandamızın və “Bakı”nın qapıçısı Kamran Ağayevin apasport.az saytına müsahibəsi
- “Atletiko” ilə oyun haqda fikirlərinizi bilmək istərdik. Sizin üçün bu, şou oldu?
- Ola bilsin hər iki komanda üçün şou xarakterli idi. Ancaq özünüz gördünüz ki, heç kim bir-birinə meydanda güzəştə getmək istəmirdi. Hər iki komanda vuruşdu. Hələ deyərdim ki, bəzən bizə “Atletiko”ya öz oyunumuzu göstərmək müyəssər oldu. Bu üzdən hansısa şoudan söhbət gedə bilməz. Bilirəm ki, adətən belə oyunlar heç-heçə bitir. Ancaq bizə heç kim bu haqda heç nə deməmişdi.
- Siz 1, ancaq əvəzediciniz olan Aqil Məmmədov 2 qol buraxdı. Onun oyununu necə dəyərləndirirsiniz?
- Həmkarlarımın oyununa qiymət verməyi xoşlamamışam. Üstəlik, mənim “əvəzedici” sözündən xoşum gəlmir. Mən də, Aqil də hər an meydana çıxmağa hazırıq. Əsas qapıçı matçdan əvvəl məşqçinin seçdiyi futbolçudur. Matça qədər və matçdan sonra hamı eynidir.
- Bəs “Bakı”nın gənc oyunçularının çıxışı xoşunuza gəldi?
- Düzünü desəm, 6 aylıq “Bakı” karyeram ərzində elə gənc futbolçular bizdə meydana çıxıb ki, adını bilməmişəm. Ancaq sonradan həmin futbolçuların oyununu görəndən sonra sevinmişəm ki, bizdə belə oyunçular var. Yəqin ki, bu, “Qəbələ” və başqa klublarda da var. Digər klublar da “Bakı” kimi belə oyunlar keçirsə, daha maraqlı olar. Nəticə şərt deyil. Düzdür, nəticə bizim kimi böyüklər üçün lazımdır, ancaq həmin gənclər üçün belə oyunda iştirak etmək özü bir uğurdur.
- “Bakı”nın əsas oyunçuları meydanda olsaydı, nəticə fərqli ola bilərdi?
- İkinci yarıda əvəzedicilərimiz meydana çıxdı. Heç buna “dubl” da demək olmaz, eləsi vardı ki, 15-16 yaşlı futbolçular idi və onlar meydanda fərqləndi. İstəmirəm qalmaqal yaradım. Ancaq bəzi jurnalistlər var ki, menecerlik edirlər. Yaşlı legionerləri sırımağa çalışırlar. Gətirəndə də elə futbolçu gətirmək lazımdır ki, Kamran onun ehtiyatında qalsın. Ancaq hətta aşağı dəstədə elə futbolçular var ki, legionerlərdən daha yaxşı oynayır. Belə məsləhət görüldü ki, azərbaycanlı uşaqlar “Atletiko”ya qarşı oynasın. Legioner futbolçular oynamasa da, komandanın qalığı meydanda idi. İlk hissədə başa-baş mübarizə getdi. Düzdür, üstünlük onların tərəfində idi. Ancaq futboldur, səviyyə öz sözünü deyirdi.
- Öncə “All Star of Azerbaijan”ın, yəni yığmanın oyunçularının “Atletiko”ya qarşı oynayacağı deyilirdi. Necə fikirləşirsiz, “Bakı” yox, həmin heyət oynasaydı, bu hesab qeydə alınardı?
- Belə çıxır ki, onda burda oynayan uşaqların futboldan başı çıxmır. Nəzərdə belə tutulmuşdu ki, gənc heyət olsun. Ancaq bilmək olmazdı yığma üzvləri oynasaydı, necə olacaq. Futbolda təsadüfi heç nə olmur. Gərək mübarizə aparasan. Ola bilərdi ki, başqa klublardan futbolçu gələrdi. Kimi nəzərdə tutduğunuzu dəqiq bilmirəm. Ancaq milli futbolçuları nəzərdə tutursuzsa, yığmanın 5 futbolçusunun 5-i də meydanda idi. Aqil Nəbiyev istisna olmaqla, Portuqaliya ilə görüşdə olanlardan 4-ü oynayırdı.
- Bu oyunda özünü göstərib legioner həyatı yaşamağı istəyirdiz?
- Ümumiyyətlə, bunu hər dəfə demişəm. Yenə deyirəm, xatırlayacaqsız. Demişəm ki, 25 yaşında Azərbaycandan kənarda futbol oynamaq istəyirdim. Alınmasa, getməyəcəm. Artıq 27 yaşım var. Hansısa aşağı xarici klubda daha oynamaq istəmirəm. Gedirəmsə, böyük klublara getmək istəyirəm. Əvvəllər fikirləşirdim ki, aşağı səviyyəli klublara gedib özünü göstərməklə “böyüklər”ə qalxmaq olar. İndi isə bu düşüncədə deyiləm. Yalnız böyük klublardan təklif olsa, gedərəm.
- “Atletiko”nu böyük klub sayırsızmı?
- Əlbəttə.
- Xaricə getmək üçün əsgərlik probleminiz var. Təklif olsa belə, ölkəni tərk edib gedə bilməzsiz. Gərək ilk növbədə bu problemi həll edəsiz...
- Dövlətimiz sağ olsun. Nə vaxt lazım olsa, dövlətimizə qulluq etməyə hazıram. Hələ ki qolumda gücüm var, futbol oynayıram. Nə vaxtsa da karyeramı bitirsəm, vətənin keşiyində dayanmağa gedəcəm.
- Ölkə kubokunda Lənkəranda niyə meydana çıxmadız?
- Bu artıq Lənkəranla bağlı sualdır.
Səbuhi TOFİQOĞLU

0
0