“Final yalnız bir addım uzaqda görünür”
01.05.2013 - 22:25
“Final yalnız bir addım uzaqda görünür”
“Son dərəcə əhəmiyyətli bir rəqiblə oynayacağıq. Tariximizin ən önəmli matçlarından birinə çıxacağıq. Final yalnız bir addım uzaqda görünür. İlk oyunda “Benfika” qarşısında fərqli bir hesab əldə etdik. Bu oyunun üstünlüyü bizdə, amma rəqibimiz öz evində çox təsirli bir komandadır. Sabah bütün şərəfimizlə final üçün mübarizə edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib.

Türkiyəli mütəxəssis Avropa Liqasının yarımfinal mərhələsinin “Benfika” ilə oyun öncəsi mətbuat konfransı keçirib. Kocaman Portuqaliya klubu ilə qarşılaşacaqları oyunu dəyərləndirib: “Benfika” evində və səfərdə fərqli bir oyun oynamır. Onlar güclü bir komandadır. Öz meydanında oynamaqları onlara əlavə güc verəcək. Qarşılarında rəqibin istədiklərinə icazə verməyəcəyik. İlk matçda qələbə qazandığımız üçün yaxşı oyun deyilir. Məncə yaxşı oyundan daha çox doğru futbolu oynadıq. Matçda əlimizdən gələni edəcəyik, amma məğlub olsaq rəqibimizi alqışlayacağıq”.

Qeyd edək ki, “Benfika” və “Fənərbaxça” arasında keçirilən ilk oyunda İstanbul təmsilçisi minimal hesabı ilə qələbə qazanıb.
0