Ağasəlim Mircavadov: York bizim klublarda oynaya bilər
01.05.2013 - 23:05
“Əlamətdar gündür. Böyük bayram oldu”. Bu sözləri apasport.az saytına Azərbaycanın ən titullu məşqçisi Ağasəlim Mircavadov deyib.
Beynəlxalq Veteran Yığması ilə qarşılaşan Azərbaycanın veteran komandasının baş məşqçisi funksiyası Ağasəlim Mircavadova tapşırılmışdı. Vaxtilə rəhbərliyi altında oynayan futbolçuları yenidən meydana çıxaran təcrübəli mütəxəssis oyunun gedişində bəzən emosiyalarını da cilovlaya bilmirdi. Bununla belə, o, matçın gedişindən razı qaldığını gizlətməyib: “Uşaqlarla uzun müddət idi bir yerdə işləmirdik. Ancaq söhbətimiz alındı. Bu gün meydanda qələbə vacib deyildi. Əsas olan dostluq münasibətlərinin nümayiş etdirilməsi ilə bağlı idi. Bundan çox razı qaldım”.
Mircavadov gənc futbolçu nəslinə “Mançester Yunayted”in sabiq hücumçusu Duayt Yorku misal çəkib. Mütəxəssis futbolçunun yalnız oyunu ilə deyil, həm də davranışı ilə rəğbəti qazandığını vurğuladı: “Uşaqlara Yorkun hələ də klublarımızdan birində oynaya biləcək gücdə olduğunu söylədim. O, insan kimi də yüksək dəyərlərə sahibdir. Bu cür şeyləri görə-görə gəlirik. Həm də gənclər üçün bir məktəb oldu. Böyük futbolçuları gördülər, meydandakı davranışlarını izlədilər”.

0
0