Serxio Ramos 3-cü pilləyə yüksəldi
01.05.2013 - 23:00
Serxio Ramos 3-cü pilləyə yüksəldi
“Real”ın futbolçusu Serxio Ramos Madrid təmsilçisinin tarixində müdafiəçilər arasında vurduğu qolların sayəsində üçüncü yerə yüksəlib. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin cavab oyununda Dortmund “Borussiya”sının (2:0) qapısından keçirdiyi topla qollarının sayını 41-ə çatdırıb və “Kral klubu”nun sabiq müdafiəçisi Manuel Sançisi ötüb.

Ramosu yalnız Fernando Yerro və Roberto Karlos qabaqlayır. 1989-2003-cü illərdə “Real”ın formasını geyinən Yerronun aktivində 101 qol var. Braziliyalı müdafiəçi (1996-2007) isə 68 dəfə fərqlənib.

Qeyd edək ki, Serxio Ramos bu vurduğu qolların ən çoxunu İspaniya La Liqasında rəqibin qapısından keçirib - 32.