“Barselona”nın prezidenti “Bavariya”nı təriflədi
02.05.2013 - 04:39
“Bavariya”nı təbrik edirəm. Çünki onlar bizdən aşkar üstün idi və finala da layiqdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın prezidenti Sandro Rossel deyib.
O, Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bavariya”ya (0:3) məğlub olmalarını dəyərləndirib: “Mən oyunçularımla da fəxr edirəm. Düşünürəm ki, yekunda 7:0 çox böyük hesabdır, amma “Bavariya”nın xidmətini də çox kiçiltmək lazım deyil. Onlar açıq-aydın bizi üstələyirdilər. Finala keçməyi isə hələ Münhendə əldən vermişdik. Əlbəttə, Lionel Messinin yoxluğu hiss olunurdu. Lakin qalan oyunçular da mübarizə apardılar. Və mən komandamla, texniki heyətlə və azarkeşlərlə fəxr edirəm. Düşünürəm ki, hazırda “Bavariya” Avropanın ən güclü komandası və onlar finalda qalib gələcəklər. Heç vaxt futbolda qabaqcadan danışmaq olmaz. Hesab etmirəm ki, ispan klubları bu mövsüm Çempionlar Liqasında pis çıxış etdi. İndi biz növbəti mövsümə diqqətimizi yönəltməliyik”.

0
0