Kaxa Kaladzenin vida matçının vaxtı müəyyənləşdi
02.05.2013 - 05:16
Kaxa Kaladzenin vida matçının vaxtı müəyyənləşdi
Ötən ilin mayında siyasi fəaliyyətə başlayan “Milan”ın sabiq müdafiəçisi Kaxa Kaladze vida matçı keçirmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, oyunda “Milan” və Gürcüstan komandalarının keçmiş futbolçuları iştirak edəcəklər.

Görüş mayın 31-də Tiflisin “Dinamo” stadionunda keçiriləcək.

Artıq “Kaladzenin dostları” komandasının heyətində oynayacaq bir neçə oyunçular da məlumdur. Bunlar Alessandro Kostakurta, Paolo Maldini, Demetrio Albertini, Alessandro Nesta və Andrey Şevçenkodur.

Qeyd edək ki, Kaxa Kaladze 2001-2010-cu illərdə “Milan”ın formasını geyinib. O, 9 il ərzində 194 oyunda meydana çıxıb və 12 qola imza atıb. Kaladze Gürcüstan milli komandasının heyətində isə (1996-2011) 83 dəfə çıxış edib.