Dario Şimiç: Foqts, York kimi legionerlərlə birgə oynamaq gözəl duyğudur
02.05.2013 - 09:58
“Şadam ki, belə bir gözəl qarşılaşmanın iştirakçısı oldum. Berti Foqts, Duayt York və başqa legionerlərlə eyni komandada oynamaq gözəl duyğudur. Mənim üçün hər şey yaxşı keçdi”. Bunu apasport.az saytına “İnter”in və “Milan”ın sabiq müdafiəçisi Dario Şimiç deyib.
Dünən Bayılda azərbaycanlılarla qarşılaşan dünya veteranlarından ibarət komandanın tərkibində Şimiç də vardı. 60 dəqiqə müdafiənin mərkəzində çıxış edən 37 yaşlı xorvatiyalı veteran inamlı oyunu ilə diqqəti çəkdi.
Şimiç oyundan sonra veteranlar yığmamızı və ölkəmizdə görülən işləri tərifləyib: “Sizin yığmada çoxlu yaxşı oyunçu çıxış edirdi. Ancaq təəssüf ki, onların nömrələrini xatırlamıram. Fikrimcə, siz çox inkişaf etmisiz. Bunu ötən dəfə qızların dünya çempionatı ilə bağlı ölkənizə gələndə də görmüşdüm. Siz 5 ildən sonra daha da inkişaf etmiş olacaqsız. Burda böyük işlər görülür. Struktur, stadionlar, məktəblər, məşqçilər gələcəkdə daha yaxşı olmalıdır”.
Qeyd edək ki, yaxın illərə kimi Xorvatiya yığmasında 100 oyun keçirən yeganə futbolçu ünvanını qoruyub saxlayan Şimiç ötən il Yerli Təşkilat Komitəsi tərəfindən ölkəmizdə 17 yaşadək qızlar arasında keçirilən DÇ-nin dostu seçilib.
Səbuhi TOFİQOĞLU

0
0