Berti Foqts məşqçi olsaydı...
02.05.2013 - 11:46
“Güclü Azərbaycan yığması gördük. Mənim gözlədiyimdən də daha yaxşı oynadılar. Görünür ki, komandada böyük keyfiyyət var. Bu qarşılaşmadan həzz aldım. Belə futbolçulara qarşı oynamaq xoşdur”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Veteranlar arasında keçirilən görüşün iştirakçılarından olan almaniyalı məşqçi öz oyununu bəyənməyib: “Əgər mən məşqçi olsaydım, futbolçu Berti Foqtsu əvəzləyərdim”.
Foqts daha sonra Lüksemburqla iyunun 7-də seçmə mərhələ görüşünə zarafatyana azərbaycanlı veteranları çağıra bilməyəcəyini bildirib: “Azərbaycanlı veteranlar sürətli oynasaydılar, onların bir neçəsini Lüksemburqla oyuna çağırardım. Veteranların oyunu ilə peşəkar futbolçuların oyunu arasında fərq var. Özünüz yaxşı bilirsiz ki, beynəlxalq səviyyədə daha sürətli futbol oynayırlar”.
Foqts saytımıza verdiyi müsahibədə (o vaxt veteranların oyununun 10:10 bitməsini istədiyini demişdi – S.T.) qeyd etdiyi oyunda böyükhesablı heç-heçə olması arzusunu yenə dilə gətirib: “Əhval-ruhiyyəm yaxşıdır. Oyun heç-heçə başa çatdı. Fikrimcə, oyun 8:8 bitsəydi, daha yaxşı olardı”.
Qeyd edək ki, almaniyalı məşqçi sözügedən qarşılaşmada fasilədən sonra meydana daxil olub. Əcnəbilərin yığmasında oynayan məşqçi funksiyasını da yerinə yetirən Foqts müdafiənin sağ cinahında mübarizə aparıb.
Səbuhi TOFİQOĞLU

0
0