“Neftçi”nin təkzibi və ya hardasan Conni?
02.05.2013 - 12:00
Mövsümün ən uğursuz transferlərindən olan Conni Leoninin “Neftçi” klubundan müəmmalı gedişindən artıq 1 ay vaxt ötüb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın geri qaytarmağa çalışdığı isveçrəli qapıçını təkcə Azərbaycan çempionu axtarmırmış.
Belə ki, Leoninin müqavilə ilə bağlı olduğu “Omoniya” da iddiasını ortaya qoyub. Kipr təmsilçisi “Neftçi”yə icarəyə verilən qapıçının taleyindən narahatdır.
Kipr mətbuatının yazdığına görə, Leoni “Neftçi”dən qaçaraq vətəni İsveçrədə gizlənir: “Leoninin gələcək karyerası ilə bağlı qeyri-müəyyənlik hökm sürür. İsveçrəli ailə problemlərini əsas gətirərək, “Neftçi” ilə əməkdaşlığa son qoymaq niyyətindədir. Bakılılar isə onu asanlıqla buraxmaq istəmirlər. Conni hazırda İsveçrədədir və Azərbaycana qayıtmaqdan imtina edir. “Neftçi” isə onu FİFA-ya şikayət etməklə hədələyir. Klubla futbolçu daim əlaqə saxlayıb, çıxış yolu axtarırlar. Lakin indi vəziyyətin necə olduğu bilinmir. Təbii ki, məsələyə “Omoniya” da biganə deyil. Əgər “Neftçi” ilə əməkdaşlığı başa çatsa, Leoni Kiprə qayıtmalıdır. “Omoniya” isə öz növbəsində yüksək ödənişli qapıçını başından etmək istəyir”.
Yanvarın sonlarında “Neftçi”yə transfer olunan İsveçrə millisinin sabiq qapıçısı ölkəmizdə rəsmi debüt etmədən vətəninə qaçıb. Onun zədədən əziyyət çəkməsi, hətta zədənin xroniki olmaq ehtimalı üzündən heyətə düşə bilmədiyinə görə komandadan getdiyini ilk dəfə apasport.az saytı üzə çıxarmışdı. Lakin “Neftçi” rəsmiləri Leoninin qaçmasını təkzib edirdilər. Klub prezidenti Sadıq Sadıqov isə hələ martın sonlarında qapıçının mütləq qayıdacağını iddia edirdi: “Conni İsveçrəyə gedəndə icazə almışdı. Atasının başında xəstəlik aşkarlanmışdı. Dünənə geri qayıtmalı idi. Ancaq hələ gəlməyib. Səbəb onun viza ala bilməməsi ilə bağlıdır. Xəbər göndərib ki, sabaha gələcək”.

0
0