Mircavadov Ponomaryova nə deyib? - FOTO
02.05.2013 - 14:02
“Fikrimcə, futbol bayramı alındı. Belə matçda meydana çıxmaq xoş idi”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
Futbolda yeganə azərbaycanlı Olimpiya çempionu Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycan və beynəlxalq veteranlar yığmasının arasında 3:3 hesabı ilə nəticələnən yoldaşlıq görüşünün iştirakçısı olub.
Ponomaryov keçmiş komanda yoldaşları ilə yenidən bir meydanda olmağın onun üçün xoş hisslər yaratdığını söyləyib: “Biz neçə illər bir yerdə oynamışıq. Həmin oyun əlaqəsi bugünkü gündə hələ itməyib. Əlbəttə, 80-ci illərdə “Neftçi”də oynamış futbolçular özlərini göstərə bildilər. Mən əvvəl də demişdim ki, əsas yük bizdən yaşca cavan olan oyunçuların üzərinə düşəcək. Onlar oyunun ab-havasını yaratmalı idi. Biz necə oynamaq lazım olduğunu göstərməli, onlar isə matçı sona kimi çatdırmalı idi”.
Adət etdiyimiz 9 nömrəli formanı geyən 53 yaşlı keçmiş yarımmüdafiəçi start heyətində yer alsa da, tezliklə meydandan çıxaraq qayıtmadı: “Bu, zədə ilə bağlı idi. Ayağım bir az ağrıyır. Az oynadığıma görə heyfsiləndim. Daha çox meydanda olmaq istəyirdim. Ancaq Ağasəlim müəllim dedi ki, İqor, kifayətdir”.
Qeyd edək ki, Azərbaycan veteranlarının baş məşqçisi Ağasəlim Mircavadov idi.
Mehman SÜLEYMANOV

0
0