“Ruslan Abışov “Rubin”də tez möhkəmlənəcək”
02.05.2013 - 14:16
Vaxtilə “Qalatasaray” və “Rubin” klublarının formasını geyinmiş Xorvatiya millisinin sabiq futbolçusu Stepan Tomasın apasport.az saytına müsahibəsi
- İlk dəfə Azərbaycanda oldunuz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Səfərimdən çox razı qaldım. Maraqlı bir oyunda iştirak etdim. Gördüklərim məni məmnun etdi.
- Azərbaycan futbolu haqda düşüncələriniz necədir?
- Bakıda gözəl stadionlar tikilib. Azərbaycanda futbola böyük pullar qoyulur. Fikrimcə, futbolunuz bir neçə ildən sonra Avropada ən yaxşılardan biri olacaq.
- Karyeranızın böyük hissəsini Türkiyədə keçirmisiniz. “Qalatasaray” və “Fənərbaxça”nın sabiq oyunçusu həmin vaxt Azərbaycanda Türkiyə futboluna böyük marağın olduğunu bilirdi?
- Bəli. Bilirdim ki, Azərbaycanda Türkiyə futbolu çox populyardır. “Qalatasaray”, “Fənərbaxça”nın oyunlarının ölkənizdə necə maraqla izləndiyini, sevildiyini eşitmişəm.
- Maraqlıdır, keçmiş komandanız “Rubin”də oynayan azərbaycanlı futbolçunu tanıyırsınız?
- Yaxşı tanıyıram, Ruslan Abışov. Gənc futbolçudur, qışda “Rubin”ə keçib.
- Ruslan da sizin kimi mərkəz müdafiəçisidir. Gənc həmkarınıza necə qiymət verərdiniz?
- Yaxşı müdafiəçidir. Düşünürəm ki, ona bir az təcrübəsini artırmaq lazımdır.
- Abışov güclü heyətə malik Kazan təmsilçisinin heyətində möhkəmlənə biləcək?
- Məncə, hə. Sadəcə, ona Rusiya futboluna adaptasiya olunmaq lazımdır. Bununla da Abışov tezliklə əsas komandada oynayacaq.
- Rəhbərliyi altında oynadığınız Kurban Berdıyevlə bağlı Ruslana hansı tövsiyəni verərdiniz?
- Berdıyev yaxşı mütəxəssisdir. O, futbolçunun meydanda diqqətli olmağını istəyir. Nəinki “Rubin”də, ümumiyyətlə, Rusiya Premyer Liqasında möhkəmlənmək çətindir. Səhv etmək olmaz, gərək 90 dəqiqə konsentrasiya olasan.
Mehman SÜLEYMANOV

0
0