Bakıya bileti yanan məşhurlar
02.05.2013 - 15:21
AFFA-nın veteranlar arasında beynəlxalq yoldaşlıq görüşünə dəvət etdiyi məşhur futbolçulardan ikisi heyətdən kənarda qalıb. Apasport.az saytının məlumatına görə, rusiyalı Andrey Kançelskislə ukraynalı Leonid Buryak Bakıda azərbaycanlı veteranlarla gəlməyə razılıqlarını versələr də, matçın iştirakçısı olmayıblar.
Belə ki, keçmiş yarımmüdafiəçilərin hər ikisi xəstələndiyi üçün ölkəmizə gələ bilməyiblər. Onlar oyuna 1-2 gün qalmış bu haqda AFFA-ya məlumat veriblər. Hərçənd Kançelskislə Buryak üçün biletlər sifariş olunmuş, oteldə yer ayrılmışdı.
Dəvət olunan türkiyəli ulduzlardan Hakan Şükür millət vəkili olduğundan, həmin gün edilən zəngə görə təcili, günorta vətəninə dönməli olub. Yığmanın baş məşqçisi Abdullah Avcı isə ayağında zədəyə görə “Bayıl Arena”dakı matçı tribunadan izləyirdi. Heyətdəki itkilərə görə Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının almaniyalı baş məşqçisi Nikolay Adam sonradan heyətə daxil edilərək, meydana çıxdı.
Qeyd edək ki, AFFA-nın dəvət göndərdiyi veteranlardan Vitali Şevçenko, Dmitri Kuznetsov, İqor Belanov zədəyə, Murtaz Xurtsilava xəstələndiyinə, Türkiyə Superliqa klublarını çalışdıran Şota Arveladze ilə Bülənt Korkmaz oyunlarına görə gələ bilmədilər. Sotanın əvəzinə dəvət olunan böyük qardaşı, Gürcüstan Futbol Federasiyasının baş katibi Revaz Arveladze matçda oynadı.
Mehman SÜLEYMANOV

0
0