“Qarabağ”, “azarkeşim var” demə!
02.05.2013 - 23:01
Topaz Premyer Liqasının final mərhələsində 6 tur arxada qaldı. Apasport.az saytının hesablamalarına görə, ilk “altılığ”ın baş tutan 18 qarşılaşması çempionata marağın aşağı olmasını göstərir: həlledici mərhələnin görüşlərini cəmi 23100 tamaşaçı izləyib!
Bu biabırçı rəqəm əvvəlki çempionatlarda baş tutan nadir qarşılaşmaların hətta birindəkindən xeyli aşağıdır. “Neftçi” və “Xəzər Lənkəran” arasındakı “Böyük oyun”ların dəfələrlə 23100-dən çox azarkeş toplaması buna əyani sübutdur.
Əslində, bu rəqəmin belə aşağı olmasında 2 klubun uğursuzluğunun rolu var. Son illərdə tribunalarına daha çox tamaşaçı toplaması ilə diqqət çəkən “Xəzər Lənkəran” və yalnız onlardan geri qalan “Kəpəz”in ikinci “altılıq”da oynaması mükafatlar uğrunda mübarizəyə kölgə salıb.
İlk “altılığ”ın 18 oyunundakı orta tamaşaçı sayı 1283-ə bərabərdir. Bu matçlardan birinin – “Qarabağ” – “Qəbələ” görüşünün azarkeşlərsiz baş tutduğunu nəzərə alsaq, orta göstərici 1358-ə yüksəlir. Medallar uğrunda mübarizədə azarkeş rekordunun qeydə alındığı matç cəmi 2500 tamaşaçı toplayıb.
18 matçdan 3-də həmin “rekord” qeydə alınıb. “Simurq”un “Qarabağ” və “Neftçi” ilə oyunlarında və sonuncu 2 komandanın paytaxt təmsilçisinin meydanındakı görüşünü bu qədər tamaşaçı seyr edib.
Cəza üzündən azarkeşsiz keçirilən oyunu nəzər almamaqla, ilk “altılığ”ın digər 17 görüşdə tamaşaçı sayına nəzər salanda, “Simurq” zirvədə qərarlaşır. Ev oyunlarında arenasını təxminən 62 faiz dolduran əyalət təmsilçisi bu göstəricidə xeyli üstünlük əldə edib. Siyahıda sonuncu olan “Qarabağ” isə oynadığı arenada cəmi 3,2 faizində ins-cins görünür.

klub | Azarkeş sayı | oyun | Orta tamaşaçı | Stadionunun tutumu | Stadionun dolması |
Simurq (Zaqatala) | 6500 | 3 | 2167 | 3500 | 61.9% |
Bakı | 4300 | 4 | 1075 | 3000 | 35.8% |
Qəbələ | 3800 | 4 | 950 | 4000 | 23.8% |
Neftçi (Bakı) | 5500 | 3 | 1833 | 11000 | 16.7% |
İnter (Bakı) | 2000 | 2 | 1000 | 8152 | 12.3% |
Qarabağ (Ağdam) | 1000 | 1 | 1000 | 31200 | 3.2% |
0
0