Qətər - Azərbaycan: Məkan və zaman dəqiqləşdi
02.05.2013 - 15:46
Azərbaycan və Qətər yığmaları arasında yoldaşlıq oyununun başlama saatı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mayın 29-da Dohada baş tutacaq qarşılaşma “Əl-Sədd” klubunun stadionunda keçiriləcək. Görüş yerli vaxtla saat 19:15-də (Bakı vaxtı ilə saat 17:15) başlayacaq.
Qeyd edək ki, bu matç Azərbaycan və Qətər yığmaları arasında ilk oyun kimi tarixə düşəcək.
Mənbə: affa.az
Qeyd edək ki, bu matç Azərbaycan və Qətər yığmaları arasında ilk oyun kimi tarixə düşəcək.
Mənbə: affa.az
0
0