Yığmamız misli görünməmiş stadionda – FOTOSESSİYA
02.05.2013 - 16:39
Azərbaycan millisinin Qətərlə keçirəcəyi yoxlama oyunu yaxın Şərqdə misli olmayan arenada baş tutacaq. Apasport.az saytının məlumatına görə, mayın 29-dakı qarşılaşmanı qəbul edəcək Dohadakı “Şeyx Yassim bin Həməd” stadionu bir sıra özəllikləri ilə tanınır.
Qətər yığmasının və “Əl Sədd” klubunun ev oyunlarını keçirdiyi arena 1974-cü ildə inşa olunub. Stadion ölkənin ilk maliyyə naziri olmuş və 1958-1976-cı illərdə bu vəzifəni tutmuş Şeyx Yassim bin Həmədin adını daşıyır. 2004-cü ildə Fars körfəzi kuboku, 2009-10-cu illərdə isə Asiya kubokunun oyunları ərəfəsində arenada yenidənqurma işləri aparılıb.
Cəmi 15 min tamaşaçı tutmasına baxmayaraq, bu stadionun Yaxın Şərqdə analoqu yoxdur. Belə ki, arena bölgədə kondisioner sistemi ilə təchiz edilən yeganə qurğudur. Bu da Qətərdə havaların çox isti olması ilə bağlıdır.

0
0