“Simurq” “Qəbələ”yə qarşı hazırlıqları tamamladı
02.05.2013 - 19:38
Topaz Premyer Liqasının son 5 oyununda qələbəyə həsrət qalan “Simurq” sabah XXIX tur çərçivəsində “Qəbələ”ni qonaq edəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, saat 18:00-da start fiti veriləcək oyunda məlum qeyri-obyektiv qərarla cəzalandırılan baş məşqçi Georgi Çixradze yetirmələrinə tapşırıqlarını verə bilməyəcək. Görüşdə gürcü mütəxəssisi köməkçi məşqçi İqor Getman əvəzləyəcək.
Bu gün komanda son hazırlıqlarını da görərək, artıq istirahətə çəkilib. Hazırda Zaqatala təmsilçisinin “Qəbələ” ilə oyun öncəsi heyətində zədəli futbolçu yoxdur. Ancaq son oyunlarda əsas heyətdə özünə yer edə bilən gənc futbolçu Rəşad Eyyubov sarı vərəqə limitini keçdiyinə görə bu görüşdə meydana çıxa bilməyəcək. Turnir cədvəlində dördüncü pillədə qərarlaşan “Simurq”, Avrokuboklara getmək ümidini itirməmək üçün bu görüşdə mütləq qalib gəlməlidir. Həm də son oyunlardakı uğursuzluq sindromundan qurtulmaq üçün Zaqatala təmsilçisinə mütləq qələbə lazımdır.

0
0