“Levante” - “Deportivo” oyununda araşdırma aparılacaq
02.05.2013 - 21:32
“Levante” - “Deportivo” oyununda araşdırma aparılacaq
La Liqanın XXXI turu çərçivəsində keçirilən “Levante” və “Deportivo” arasındakı matç İspaniya Peşəkar Futbol Liqası tərəfindən şübhə altına düşüb. Apasport.az saytının məlumatına görə, yaxın vaxtlarda təşkilat oyunun araşdırmasına başlayacaq.

Buna səbəb isə “Levante”nin yarımmüdafiəçisi Xavyer Barkeronun yerli jurnalistlərə verdiyi maraqlı açıqlaması olub. Belə ki, görüşün fasiləsində futbolçu ispaniyalı həmkarlarımıza komandasının oyunçularından bəziləri meydanda mübarizə aparmaq istəmirlər deməsi ölkədə böyük səs-küy yaradıb. Çərşənbə günü isə o, komanda yoldaşlarından onları əsassız ittiham etdiyi üçün üzr istəyib.

Qeyd edək ki, “Levante” - “Deportivo” matçında qonalar 0:4 hesabı ilə qələbə qazanıb.