“Bavariya” Riberi ilə müqaviləni uzatmaq niyyətindədir
02.05.2013 - 22:06
“Bavariya” Riberi ilə müqaviləni uzatmaq niyyətindədir
“Bavariya” rəhbərliyi yaxın vaxtlarda komandanın yarımmüdafiəçisi və liderlərindən biri olan Frank Riberi ilə yeni müqavilə imzalamaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, bu haqda Almaniyanın yeni çempionları və Çempionlar Liqasının finalçısının idman direktoru Mattias Zammer bildirib.

O, Fransa milli komandasının üzvünün uzun müddət ərzində komandaya kömək edəcəyini, Riberinin isə Münhen təmsilçisinin bir hissəsi olduğunu ifadə edib.

Qeyd edək ki, Frankın “Bavariya” ilə müqaviləsi 2015-ci ilin yayında başa çatacaq.