Millimizlə oyunda debüt edən futbolçu qərarını verdi
03.05.2013 - 01:43
Millimizlə oyunda debüt edən futbolçu qərarını verdi
İtaliya milli komandası və “Yuventus”un təcrübəli yarımmüdafiəçisi Andrea Pirlo yığma karyerasını nə vaxt başa vuracağını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatından sonra milli komanda üçün çıxışlarına yekun vuracaq.

O, bundan sonra yerini gəclərə buraxmaq istəyir: “Düşünürəm ki, 2014-cü ilin dünya çempionatından sonra yığmada yerimi gənclərə verim”.

Qeyd edək ki, Pirlo “Skuadra Adzurra”nın heyətində debüt oyununu 2002-ci ildə Azərbaycan milli komandasına qarşı matçda keçirib. Andrea yığmanın formasını isə 97 dəfə geyinib.