Aykut Kocaman: Uduzduğumuz üçün çox məyusuq
03.05.2013 - 02:11
Aykut Kocaman: Uduzduğumuz üçün çox məyusuq
“Finala çıxmağı çox istəyirdik. Matçın əvvəlindən rəqib bizə təzyiq göstərdi. “Benfika” neçə illərdir ki, bu səviyyədə çıxış edən bir komandadır, amma bizim də oyunumuzda problemlər oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman deyib.

Türkiyəli mütəxəssis Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Benfika”ya 3:1 hesabı ilə məğlub olub, finala keçə bilməmələrinə şərh verib: “Qapımızdan qol buraxdıq, ancaq oyunu rəqibin sahəsində davam etdirdik və biz də matçda erkən fərqləndik. Hesabda bərabərlik yarandığı bir zamanda, növbəti topu da qapımızda gördük. Bu da bizə təsir etməyə başladı. Yenə üstünlüyümüzü artırmağa çalışdıq, lakin 3-cü qol meydan sahiblərinə mənəvi üstünlük verdi. Uduzduğumuz üçün çox məyusuq”.