“Futbolçularımla işləmək mənə xoşdur”
03.05.2013 - 06:05
“Mən bura peşəkar işlə məşğul olmaq üçün gəldim. Bizdə həmişə atmosfer yüksəkdir və oyunçularımızda çox işləyirlər. İndi onlarla çalışmaq mənə xoşdur. İlk hissədə biz iki qol imkanı əldə etdik, amma qapımızda qol gördük. İkinci yarıda isə təşəbbüsü əla aldıq və rəqibin qapısından üç top keçirdik. Görüşün qalan dəqiqəsində isə oyunda nəzarəti itirmədik”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Çelsi”nin baş məşqçisi Rafael Benitesə məxsusdur.
İspaniyalı mütəxəssis Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Bazel”i 3:1 hesabı ilə məğlub edib, finala keçmələrinə şərh verib. O, hazırda diqqətlərini qarşıdakı matçlara yönəldəcəklərini bildirib: “İndi önümüzdəki oyunlara baxmaq lazımdır. Düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik. “Mançester Yunayted”lə matçımız çox ağır olacaq və həmçinin “Tottenhem”lə həlledici döyüş də bizi gözləyir. Öz gücümüzə, bacarığımıza və komanda ruhunda inanırıq”.

0
0