Çempionlar Liqası: 16 potensial rəqibimiz bəlli oldu
03.05.2013 - 12:05
Çempionlar Liqasının 2013/14 mövsümündə II təsnifat mərhələsində çıxış edəcək 16 komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun da mübarizəyə qatılacağı mərhələdə 34 komanda çıxış edəcək. Onlardan ikisi I təsnifat mərhələsinin qalibləri, 32-si isə çıxışına iyulun 16-17-də başlayacaq.
Məlum olan 16 klubdan bəzilərinin püşk zamanı qərarlaşacağı səbət də bilinir. Lakin Azərbaycan çempionu hələ dəqiqləşmədiyindən onun səpələnib, səpələnməyəcəyi məlum deyil. Lakin qızıl medala daha yaxın olan “Neftçi” və “Qarabağ” 1-ci olsa, onlar daha güclülərin yer alacağı səbətdə qərarlaşacaq. Bu isə çempionumuza asan rəqib vəd edir.
Çünki səpələnməyənlər arasında Estoniyanın yaxşı tanıdığımız “Nomme Kalyu”, Latviyanın “Dauqava”, Şimali İrlandiyanın “Kliftonvill”, Albaniyanın “Skenderbeu” və Qazaxıstanın “Şaxtyor” klubları var. Elə adı bilinməyən Malta çempionu və I təsnifat mərhələsinin 2 qalibi də potensial rəqibimiz olacaq.
Çempionluq şansı qalan sonuncu klubumuz “İnter” də böyük ehtimalla səpələnmişlər sırasında yer alacaq. Lakin digər Avropa ölkələrində elə komandalar 1-ci yeri tuta bilər ki, “bankirlər” digər səbətə yuvarlanar. İnandırıcı görünməyən bu variantda bakılıları “Seltik” (Şotlandiya), BATE (Belarus), “Dinamo” (Xorvatiya) kabusu gözləyəcək. Elə “Elfsborq” (İsveç), “Molde” (Norveç), “Makkabi” (Təl-Əviv, İsrail), adı bilinməyən Çexiya çempionu da asan rəqib deyil. Burada Litva “Ekranas”ı ilə Finlandiya HİK-i daha qənaətbəxş sayılır.
İslandiyanın “Hafnarfyordur”, Uelsin TNS və İrlandiyanın “Sliqo Rovers” klubları da artıq II təsnifat mərhələsində çıxışını rəsmiləşdirib. Lakin onların da hansı səbətdə yer alacağının müəyyənləşməsi digər çempionların kimliyindən asılıdır.

0
0