Roşa “İnter”dən ayrılır, Petar Zlatinov da yol üstdədir
03.05.2013 - 12:38
Roşa “İnter”dən ayrılır, Petar Zlatinov da yol üstdədir
“İnter” islahatlara start vermək üzrədi. Apasport.az saytının məlumatına görə, sabah “Bakı” ilə oyunda qələbə qazanıb avrokuboklara vəsiqəni rəsmiləşdirmək istəyən “bankirlər” öncə heyətdən braziliyalı Leonardo Roşanı uzaqlaşdırmaq niyyətindədir.

Dövrələrarası fasilədən bir qədər sonra heyətə cəlb olunan Roşanın “İnter”ə ikinci qayıdışı uğurlu olmayıb. Son turlarda yalnız meydana sonradan daxil olan 28 yaşlı futbolçunun əvvəlki formasından uzaq olması baş məşqçi Kaxaber Sxadadzenin gözündən yayınmayıb. Çempionatın həlledici məqamında komandaya faydası dəyməyən legionerlə mayda müqavilənin artırılmayacağı dəqiqdir.

Komandadan göndəriləcək digər futbolçu isə mövsümün əvvəlində zədəsinə görə uzun müddət kənar düşmüş Petar Zlatinovdur. Bolqarıstanlı futbolçu da Leonardo kimi oyun qurucusu olsa da, komandaya köməyindən çox, maddiyyət baxımından ziyanı dəyir. Ehtiyatda gününü keçirən Minsk “Dinamo”sunun sabiq yarımmüdafiəçisi 2008-ci ildən şərəfini qoruduğu “İnter”lə yollarını ayırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, “İnter”də daha bir futbolçu öncədən komandadan ayrılıb. Bu, Gürcüstan karyerasında olduğu kimi burda oyunu alınmayan Robertinyodur.
0