Vaqif Sadıqov: Bugünkü “Turan” daha istəkli idi
03.05.2013 - 19:30
Vaqif Sadıqov: Bugünkü “Turan” daha istəkli idi
“Turan” komandası ilə oyunlarımız həmişə çətin olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib.

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XXIX turunda səfərdə “Turan”ı 2:0 hesabı ilə məğlub etmələrinə şərh verib: “Bugünkü “Turan” daha istəkli idi, daha aqressiv oynayırdı. Rəqib Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Biz də hər oyunda qələbə qazanmaq üçün oynayırıq. Qarşıdakı oyunlarda da qələbə qazanmağa çalışacağıq”.

Mənbə: pfl.az