Lider məğlubiyyətdən son dəqiqələrdə qaça bildi
06.05.2013 - 01:14
Lider məğlubiyyətdən son dəqiqələrdə qaça bildi
Fransa çempionatında XXXV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son matç günündə 3 qarşılaşma reallaşıb.

Səfədə “Renn”lə üz-üzə gələn “Nitsa” inamlı qələbə qazanıb – 0:3.

Eyni hesabla Çempionlar Liqasına qatılmaq uğrunda mübarizə aparan “Lion” “Nansi”ni məğlub edib.

Gecənin maraqlı hesabı Parisdə qeydə alınıb. Burada “Valensyen”i qəbul edən lider PSJ xal itirib. Belə ki, oyunun 17-ci dəqəqisində Qael Daniç hesabı açıb. Fasiləyə məğlub durumda yollanan meydan sahibləri matçın başa çatmasına 7 dəqiqə qalmış hesaba tarazlıq gətirib. PSJ-ni isə məğlubiyyətdən braziliyalı müdafiəçi Aleks xilas edib - 1:1.


Fransa çempionatı
XXXV tur
3 may
“Sent-Etyen” – “Bordo” - 0:0

4 may
“Marsel” – “Bastiya” – 2:1
Jijnyak, 12; 81 - Tauvin, 47

“Monpelye” – “Brest” – 2:1
Estrada, 10, Kamara, 74-pen - Raspentino, 19

“Reyms” – “Ayaçço” – 1:1
Mandi, 36 - Mutu, 24

“Soşo” – “Loryan” – 1:0
Privat, 30

“Tuluza” – “Lill” – 4:2
Yedder, 20, Didot, 32, Braaten, 56, Basat, 90 - Basa, 38, Kalu, 48

“Troye” – “Evian” – 1:0
Bahebek, 78

5 may
“Renn” – “Nitsa” – 0:3
Kvitaniç, 52; 71-pen, Bauthiç, 84

“Nansi” – “Lion” – 0:3
Qomis, 48; 89, Qurkuf, 80

PSJ – “Valensyen” – 1:1
Aleks, 83 - Daniç, 17