Fatih Terim “Qalatasaray”da bir ilkə imza ata bilər
04.05.2013 - 02:46
“Qalatasaray” sabah Türkiyə Superliqasının XXXII turunda doğma azarkeşləri önündə “Sivasspor”u məğlub edəcəyi təqdirdə, sona 2 tur qalmış 19-cu çempionluğuna qovuşacaq. Apasport.az saytının məlumatına görə, əgər “Cim-Bom”un bu istəyi gerçəkləşərsə, komandanın baş məşqçisi Fatih Terim bir ilkə imza atacaq.
İstanbul klubu təcrübəli çalışdırıcının rəhbərliyi altında 1996-1997 mövsümü ilə 1999-2000 mövsümü arasında 4 dəfə ard-arda çempion olub. “Aslanlar” Terimin zamanında hələ ki sona 2 tur qalmış çempionluqlarını bayram etməyiblər. İstanbullular yalnız sona 1 tur qamış zəfər qazanıblar.
Qeyd edək ki, hazırda lider “Qalatasaray”ın aktivində 65 xal var. Əgər “Cim-Bom” çempion olacağı təqdirdə, onlar Fatih Terimin rəhbərliyi altında ən az xalla çempion olacaqlar. “Qalatasaray” “imperator” ləqəbli çalışdırıcının dövründə ən az xalla çempionluğunu 1997-1998 mövsümündə yaşayıb - 75 xal. “Aslanlar” arxada qalan 3 matçı da qələbə ilə başa vursa belə, xalını yalnız 74-ə çatdıracaq.

0
0