Braziliyalı müdafiəçi “Barselona”nın transfer siyahısında
04.05.2013 - 06:45
Braziliyalı müdafiəçi “Barselona”nın transfer siyahısında
Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda “Bavariya”ya fərqli hesablarla (4:0, 0:3) uduzub, azarkeşlərini üzən “Barselona” yeni mövsüm üçün transfer hazırlıqlarına başlayıb. Apasport.az saytının məlumatına görə, mövsümün sonunda bir çox oyunçuları ilə yollarını ayıracaq olan Kataloniya təmsilçisinin siyahısında isə “Çelsi”nin müdafiəçisi David Luisin yer aldığı iddia edilir.

İngilis mətbuatının məlumatına görə, “Barsa” rəhbərliyi braziliyalı futbolçu üçün London klubuna 35 milyon funt-sterlinq verməyi düşünür. Lakin “Çelsi” 2017-ci ilə qədər “zadəganlar”la müqaviləsi olan 25 yaşlı müdafiəçini 40 milyon funt-sterlinqə satmaq niyyətindədir.

Qeyd edək ki, David Luis “Çels”inin Avropa Liqasının yarımfinal mərhələsinin “Bazel”lə cavab oyununda komandasının görüşdə 3-cü qoluna imza atıb.