AFFA-nın hüquqşünası: “Turan” qərarla bağlı şikayət etməyib
04.05.2013 - 11:39
“Turan” AFFA-nın Lisenziyalaşdırılma Komissiyasının qərarı ilə bağlı apelyasiya şikayəti verməyib. Bu haqda apasport.az saytına AFFA-nın Apelyasiya və Ekspert Komitəsinin məsul katibi Rəmiş Malıyev məlumat verib. AFFA-nın hüquqşünası da olan Malıyevin sözlərinə görə, Topaz Premyer Liqasında növbəti mövsümdə iştiraklı bağlı lisenziya verilməyən Tovuz təmsilçisi qərarla bağlı rəsmən şikayət etməyib: “Hər halda, dünənə kimi bu, yox idi. Düzdür, mətbuatda yazılır ki, “Turan” apelyasiya verəcək. Ancaq hələ ki komitəmizə rəsmi müraciət daxil olmayıb. “Turan”ın bunu etməyi üçün 10 gün, yəni mayın 10-a kimi vaxtı var”.
Qeyd edək ki, “Kəpəz”dən fərqli Premyer Liqada yerini qorumağa şansı qalan Tovuz klubu növbəti mövsümdə iştirak etmək üçün müraciəti Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq təmin edilməyib.
Mehman SÜLEYMANOV

0
0