Çempionlar Liqasının təsnifat mərhələsinin daha 1 iştirakçısı dəqiqləşdi
04.05.2013 - 12:07
Çempionlar Liqasının təsnifat mərhələsinin daha 1 iştirakçısı dəqiqləşdi
Çempionlar Liqasının təsnifat mərhələsinin daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ermənistanın “Şirak” klubu sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Gümrü təmsilçisi ən yaxın izləyicisi olan İrəvanın “Mika” klubunu 8 xal qabaqlayır.

Bununla da “Şirak” 14 ildən sonra çempion olaraq, bunu 4-cü dəfə qazanıb. Ölkənin ən titullu klubu isə 10 dəfə qızıl medal qazanan “Pünik”dir. Ermənistan çempion Azərbaycan klubları üçün turnirdə potensial rəqib olsa da, UEFA ölkələr arasında münasibətləri nəzərə alaraq adətən onları bir-biri ilə salmır.

Qeyd edək ki, futbolda klub səviyyəsində Azərbaycan və Ermənistanın dueli “Birlik kuboku”nda olub. Ardıcıl 2 il – 2005 və 2006-cı illərdə “Neftçi”yə Moskvadan rəqib olan “Pünik” birincidə 1/4 finalda 0:2 hesabı ilə uduzub, digərində yarımfinal matçına çıxmaqdan imtina edərək qaçıb.