“Xəzər Lənkəran”da ayın ən yaxşıları
04.05.2013 - 12:33
“Xəzər Lənkəran”da ayın ən yaxşıları
“Xəzər Lənkəran”da apreldən başlayaraq aşağı yaş qruplarında çıxış edən futbolçular arasında “Ayın ən yaxşısı” seçilməyə başlanılıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ay ərzində hər bir yaş qrupunda qrup məşqçilərinin təqdimatı əsasında özünü yaxşı tərəfdən göstərən futbolçular bu ada layiq görüləcək

Onlarla ayrı-ayrılıqda görüşərək, müsahibə alınacaq və bu, klubunun rəsmi saytında təqdim olunacaq. Bundan başqa, fərqlənən futbolçulara hədiyyələr də veriləcək. Apreldə “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında “Ayın ən yaxşısı” seçilən futbolçular bunlardır:

2002-ci il təvəllüdlü yaş qrupu ( 11 yaş) - Şirxan Həsənzadə
2000-ci il təvəllüdlü yaş qrupu ( 13 yaş) - Tural Bayramov
1999-cu il təvəllüdlü yaş qrupu (14 yaş) - İbrahim Qədirzadə
1998-ci il təvəllüdlü yaş qrupu ( 15 yaş) - Tural İsmayıllı
1997-ci il təvəllüdlü yaş qrupu (16 yaş) - Əli Əliyev
1996-cı il il təvəllüdlü yaş qrupu (17 yaş) - Qurban Hüseynov