86 yaşlı əfsanəvi futbolçu evlənir - FOTO
04.05.2013 - 15:27
Madrid “Real”ının əfsanəvi futbolçularından olan Alfredo Di Stefano ilə bağlı sensasion xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, 86 yaşlı keçmiş hücumçunun evlənməyə qərar verdiyi açıqlanıb.
O, bu gün 36 yaşlı katibəsi Cina Qonsaleslə üzükləri bir-birlərinin barmağına taxacaq. Özündən 50 yaşlı kiçiyə vurulan Alfredo etiraf edib ki, uşaqları onun nigaha girməyinin qarşı çıxıb. Ancaq o, övladlarına qulaq asmaq niyyətində deyil: “Mənim uşaqlarım yeni həyat yoldaşıma qarşıdırlar. Ancaq mənim üçün fərqi yoxdur. Biz sadəcə, bir yerdə olmaq istəyirik”.
Cina 8 il öncə həyat yoldaşını itirən Di Stefanonun təkcə katibəsi yox, eyni zamanda vəkili, “Marka” qəzetinin idman jurnalistidir. Onlar 2007-ci ildə tanış olublar ki, xanım həmin vaxt dahi futbolçunun bioqrafiyasını yazırmış.

0
0