Ruslan Abışov Samuel Eto O-ya qarşı oyuna buraxılmadı
04.05.2013 - 19:50
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov “Rubin”in heyətindən kənarda qalıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kurban Berdıyev müdafiəçimizin adını Rusiya Premyer Liqasının XXVII turunda “Anji” ilə az sonra başlayacaq səfər matçının protokoluna daxil etməyib.Bununla da Ruslan məşhur kamerunlu futbolçu Samuel Eto O-nun kapitanı olduğu komandaya qarşı oynaya bilməyib.
Bürünc medal uğrunda həllledici matçda əsas hadisələr son 10 dəqiqədə olub. Belə ki, kazanlılar hesabı açsalar da, sonradan buraxdığı 2 qolla uduzub - 1:2. Nəticədə 44 xalla 4-cü pillədə olan Abışovun komandası 3-cü yerdə gedən “Anji”dən artıq 6 xal geri qalır.
Qeyd edək ki, Abışov “Rubin”in əsas komandasında yeganə oyununu “Amkar”la Permdə 1:1 hesabı ilə nəticələnən matçda keçirib.

0
0