“Onun qırmızı vərəqə almasından sonra oyun bizim üçün artıq bitdi”
04.05.2013 - 18:31
“Rəqib komandaya bugünkü oyunda xal daha çox lazım olduğu üçün bizdən daha istəkli və aqressiv oynadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Ramil Əliyev deyib. Onun ikinci “altılıq”da uğurla çıxış edən komandası bu gün Topaz Premyer Liqasının XXIX turunda səfərdə “Sumqayıt”a 1:4 hesabı ilə uduzub.
Əliyevin fikrincə, oyunda 2 futbolçusunun meydandan qovulmağı nəticəyə birbaşa təsir edib: “Samuel Barlayın qırmızı vərəqə almasından sonra oyun bizim üçün artıq bitdi. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, Barlaya qədər “Rəvan”dan Orxan Lalayev qırmızı vərəqə alıb.

0
0