“Rəqib 2 nəfər azlıqda qalanda bizə daha asan oldu”
04.05.2013 - 18:35
“Komandamı təbrik edirəm, qələbə qazandığımız üçün şadam. Bundan da çox futbolçuların taktiki gedişləri düzgün yerinə yetirdiklərinə sevinirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab bu gün Topaz Premyer Liqasının XXIX turunda evdə “Rəvan”a 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Almaniyalı mütəxəssis bildirib ki, oyunun əvvəlindən sonuna kimi üstün olublar: “Komandam aqressiv oynadı, rəqibin iki futbolçusu qırmızı vərəqə aldıqdan sonra bizə daha asan oldu. Qol vurandan sonra müdafiədə bəzi səhvlər buraxdıq. “Rəvan” oyunda dönüş yarada bilərdi”.
Qeyd edək ki, “Sumqayıt”da dubl edən Ruslan Qurbanov, “Rəvan”da 2 futbolçu qırmızı vərəqə alıb.

0
0