Böyükağa Hacıyev: Çempionluq uğrunda böyük addım atdıq
04.05.2013 - 20:53
Böyükağa Hacıyev: Çempionluq uğrunda böyük addım atdıq
“Çox çətin oyun oldu. Futbolçularıma təşəkkür edirəm, özlərində güc tapıb oyunda iki qol vurdular”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

O, ardıcıl 3-cü dəfə çempion olmağa yaxınlaşan komandasının Topaz Premyer liqasının XXIX turunun “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb: “Bu gün nəticəyə oynadıq. Qarşıda daha üç tur var, hər şey ola bilər. Çempionluq uğrunda böyük addım atdıq. Turnir cədvəlində “Qarabağ”dan 6 xal irəlidəyik. Bir günlük istirahətdən sonra növbəti oyuna hazırlaşacağıq”.

Mənbə: pfl.az