“Komandanı psixoloji cəhətdən hazırlamaq lazımdır”
04.05.2013 - 20:56
“Məğlub olduq, lakin futbolçularıma təşəkkürümü bildirirəm, sona kimi mübarizə apardılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O, Topaz Premyer Liqasının XXIX turunun “Neftçi” ilə qarşılaşmasındakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “Azarkeşlərimizə də təşəkkürümüzü bildirirəm, məğlub vəziyyətdə olmağımıza baxmayaraq, bizi axıradək dəstəklədilər. Qarşıdakı oyunlara komandanı psixoloji cəhətdən hazırlamaq lazımdır”.
Mənbə: pfl.az

0
0