Naxçıvan komandası beynəlxalq turnirinin qalibi oldu - FOTOSESSİYA
05.05.2013 - 16:26
Naxçıvan komandası beynəlxalq turnirinin qalibi oldu - FOTOSESSİYA
Naxçıvan Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnirinə yekun vurulub. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, öz qruplarında birinci olmuş Azərbaycan və Naxçıvan komandaları finalda qarşılaşıblar.

Görüş 4:4 hesabı ilə başa çatıb və ev sahibləri turnirin qalibi olub.

7-ci yer uğrunda mübarizədə Ukrayna, 5-ci yer uğrunda görüşdə Türkiyə və bürünc medallar uğrunda yarışda isə Gürcüstan qələbə qazanıb.


5 may
7-ci yer uğrunda
ŞƏRUR – Ukrayna – 0:8

5-ci yer uğrunda
Özbəkistan - Türkiyə - 2:6

3-cü yer uğrunda
Rusiya – Gürcüstan – 1:7

FİNAL
AZƏRBAYCAN – NAXÇIVAN – 4:4

50 kq - Seymur Əlizadə - Cabbar Yusifli - 2:0, 0:1, 1:0
55 kq - Elnur Həsənov - Kərim Cəfərov - 0:1, 0:3
60 kq - Murad Məmmədov - Elman Muxtarov - 0:1, 0:2
66 kq - Orxan Məmmədli - Rövşən Tağıyev - 0:2, 0:3
74 kq - Ceyhun Əliyev - Hacımurad Bağmanov - 2:0, 0:2, 2:0
84 kq - Ruslan Aciqov - Orxan Nuriyev - 3:0, 0:1, 1:0
96 kq - Türmən Eyyubov - Hacımurad Çöpsiyev - 3:0, 0:2, 2:0
120 kq - Əli Həsənov - Abbas Abdullayev - 0:1, 0:1 (təmiz qələbə)