Elhad Nəziri heyətdən kənarda qaldı
05.05.2013 - 16:49
Rumıniya çempionatının XXIX turunda növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının müdafiəçisi Elhad Nəziri şərəfini qoruduğu “Petrolul” səfərədə “Drobeta Turnu” ilə üz-üzə gəlib.
Görüşdə təmsilçimizin komandası xal itirib. Hesabda öndə olan “Petrolul” matçın sonlarında üstünlüyünü qoruya bilməyib və oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Bu matçda Nəziri iştirak etməyib. Yığmamızın futbolçusu komandasının heyətində səfərə aparılmayıb.
Qeyd edək ki, “Petrolul” 29 oyundan sonra topladığı 53 xalla 2-ci pillədə qərarlaşıb.

0
0