Baş məşqçi komandasını məğlubiyyətdən xilas etdi
05.05.2013 - 19:48
Futbol dünyasında nadir hallarda baş verən bir hadisə Braziliyada yaşanıb. Apasport.az saytının məlumatına görə, QAS – “Atletiko Roraima” arasında keçirilən görüşdə azarkeşlər maraqlı hadisəyə şahidlik ediblər.
Belə ki, QAS komandasının qolkiperi Adailton oyuna heç bir səbəb göstərmədən gəlməyib. Bu zaman isə qapıya klubun baş məşqçisi Rocerio Viyeyra keçib. Gözəl oyunu ilə diqqət çəkən çalışdırıcı hələ komandasını bir qoldan da xilas edib. O, rəqibin vurduğu penaltini dəf etməyi bacarıb.
Qeyd edək ki, QAS – “Atletiko Roraima” matçı 2:2 hesabı ilə başa çatıb.

0
0