“Mançester Yunayted”in 66 oyunluq seriyası qırıldı
05.05.2013 - 22:14
“Mançester Yunayted”in 66 oyunluq seriyası qırıldı
İngiltərə Premyer Liqasının XXXVI turu çərçivəsində “Old Trafford”da “Çelsi”yə minimal hesabla (0:1) məğlub olan “Mançester Yunayted”in evdə qol vurma seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” 2009-cu ilin 12 dekabrından bu yana ölkə çempionatında doğma azarkeşləri önündə qonaqların qapısından top keçirir.

Həmin tarixdə baş tutan görüşdə Aleks Ferqyussonun komandası “Aston Villa”ya da 0:1 hesabı ilə uduzmuşdu. Matçda qonaqların yeganə topunu isə Qebriel Aqbonlaxor vurmuşdu.

Beləliklə, “Mançester Yunayted” 66 oyundan sonra evdə meydanı qol vurmadan tərk edib.

Qeyd edək ki, qarşılaşmada “Çelsi”nin tək qoluna matçın 87-ci dəqiqəsində Xuan Mata imza atıb.