Vüqar Əsgərovun komandası finala yüksəldi
05.05.2013 - 23:55
Vüqar Əsgərovun komandası finala yüksəldi
Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Əsgərovun komandası “Metallurq” Latviya kubokunun finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, Liepaya klubu yarımfinalda “Dauqava” ilə qarşılaşıb.

Matçın əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqlənib. Əlavə vaxtda da qol vura bilməyən komandalar penaltilər seriyasına ehtiyac duyublar. Burada isə daha yaxşı oynayan “Metallurq” adını finala yazdırıb.

Görüşdə Əsgərov meydana oyunun 98-ci dəqiqəsində daxil olub.

Qeyd edək ki, həlledici mərhələdə Vüqarın komandası “Dauqavpils”i 4:0 hesabı ilə məğlub edən “Ventspils”lə üz-üzə gələcək.