Lionel Messidən daha bir rekord
06.05.2013 - 00:56
“Barselona”nın hücumçusu Lionel Messi özünə aid olan rekordu yeniləyib. Apasport.az saytının məlumatına görə, Argentina milli komandasının hücumçusu Kataloniya klubunun heyətində İspaniya La Liqasında meydana ardıcıl çıxdığı 21-ci oyunda fərqlənməyi bacarıb.
Messi ölkə çempionatının XXXIV turu çərçivəsində “Betis”lə görüşün 56-cı dəqiqəsində meydana daxil olub və 4 dəqiqə sonra qonaqları cəzalandırıb. 71-ci dəqiqədə Lionel daha bir qol vuraraq komandasının 4:2 hesablı qələbə qazanmasında əsas pay sahibi olub.
Qeyd edək ki, Messinin qol seriyası noyabrın 11-də “Malyorka” ilə görüşdə başlayıb. “Barsa”nın 4:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Leo La Liqada ardıcıl meydanı qolsuz tərk etməyib.

0
0