10-cu çempionluq
06.05.2013 - 08:34
Çempionlar Liqasının 2013/14 mövsümünün daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Kopenhagen” klubu Danimarkanın ən güclüsü adına yiyələnib. Paytaxt futbolçuları buna “Brondbü” ilə qolsuz heç-heçədən sonra nail olub.
Çempionatın sonuna 3 tur qalmış 64 xala malik olan “Kopenhagen” ən yaxın izləyicisi “Nordsyelland”dan 10 xal öndə qərarlaşıb. Sayca 10-cu çempionluğunu qazanan kopenhagenlilər Çempionlar Liqasının qrupunda çıxış edəcək.

0
0