Millimizin hücumçusu autsayderə qarşı oynamadı
06.05.2013 - 09:00
Milli komandamızın hücumçusu olan Rüfət Dadaşovun çıxış etdiyi “Kayzerslautern”in U-23 komandası Regionalliqada növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, gənc “qırmızı iblislər” səfərdə “Pfullendorf”la qarşılaşıb.
Rüfətin adı bu oyunda “18-liy”ə daxil edilməyib. Onun komandası isə autsayderi məğlub etməyi bacarmayıb. Belə ki, görüş başladığı kimi də başa çatıb – 0:0.
Qeyd edək ki, Rüfət Dadaşov millimizin mayın 29-da Qətərlə yoldaşlıq görüşü və iyunun 7-də Lüksemburqla seçmə mərhələ oyunu üçün dəvət alıb.

0
0