“Qəbələ” Azərbaycan çempionu oldu - FOTOSESSİYA
06.05.2013 - 11:00
“Qəbələ” Azərbaycan çempionu oldu - FOTOSESSİYA
AFFA-nın U-11 Liqasının cari mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” yarışın qalibi olub.

Mövsümün son oyunlarından əvvəl AFFA-nın baş katibi Elxan Məmmədov komandaların üzvləri ilə görüşərək onlara uğurlar arzulayıb. III yer uğrunda oyunda "Bakı" və Gəncə təmsilçisi Təhsil İdman Mərkəzi üz-üzə gəlib. Oyunun gedişində 2:2 hesabı ilə nəticələndiyi üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən gəncəlilər ümumi nəticədə 13:12 hesabı ilə qələbə qazanıb.

Final oyununda isə "Neftçi" və "Qəbələ" üzləşib. Həlledici oyunda da 1:1 hesablı heç-heçə ilə bitdiyindən, qalib penalti seriyasında bəlli olub. 11 metrlik zərbələri daha sərrast vuran qəbələlilər Liqasının 2012/13 mövsümünün qalibi adını qazanıb.

Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandaya AFFA-nın hədiyyələri və kubok təqdim olunub.

Mənbə: affa.az
0