Millimizin futbolçusu PSV-yə qarşı oynayacaq
06.05.2013 - 12:35
Milli komandamızın futbolçusu Əli Gökdəmirin şərəfini qoruduğu “Hannover 96” artıq indidən yeni mövsümün hazırlıqlarını görməyə başlayıb. Apasport.az saytının məlumatına görə, “qırmızılar” martın 18-də Bundesliqanın son turunda “Fortuna” ilə qarşılaşdıqdan sonra istirahətə çəkilməyəcək.
Belə ki, Gökdəmirin komandası martın 20-də Almaniyanın cənubuna hərəkət edərək orda yerli “Hollenbax” klubu ilə yoxlama oyunu keçirəcək. Bir gün sonra isə “Moyzelvits” hannoverliləri qonaq qəbul edəcək. Bundan sonra komanda istirahətə çəkiləcək. Bundesliqa təmsilçisi bir də iyunun 25-də bir araya gələcək.
5 gün sonra isə Baltik dənizinin sahillərində yerləşən Qlüksburqda ilk toplanış başlayacaq. Burda “Ştrandhotel”də məskunlaşan komanda iyunun 30-da “Şlezviq 06” və iyulun 3-də “Vayxe” ilə gücünü sınayacaq.
Toplanışın ikinci mərhələsi isə Avstriyada baş tutacaq. Komanda iyulun 17-dən 25-dək Burqenland ştatındakı “Falkenştayner Balans Resort” otelində qalacaq. Buna qədər isə almanlar iyulun 14-də “HDİ-Arena”da Hollandiyanın PSV klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, zədəsinə görə heyətə düşməyən Əli Gökdəmir qış fasiləsindən etibarən “Hannover 96”nın əsas komandasının üzvü sayılır.

0
0